-
Rusiya Müdafiə Nazirliyi bildirir ki, mina ekspertləri Suriyanın qədim Palmira şəhərini minalardan təmizləməkdən ötrü bu şəhərə gəlib.
Suriya ordusu Rusiya hava zərbələrinin dəstəyilə bu yaxınlarda Palmiranı İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından geri alıb.
Rusiya arxeoloji ərazilərin minalardan təmizlənməsində Suriya hökumətinə kömək edəcəyini bildirib.
Ekspertlərin ilk qrupu Suriyada rus bazasına martın 31-də çatıb. Onların Palmiraya nə vaxt gedəcəyi bəlli deyil.
Minasızlaşdırma bir neçə ay çəkəcək.