Suriya prezidenti Bashar Assad müxalifətlə yeni hökumət yarada biləcəyini bəyan edib.
Onun sözlərinə görə müxalifət də daxil olmaqla yeni hökumətlə bağlı razılaşmaq çətin olmayacaq, amma onun rəqibləri bu planı rədd edir.
Suriya ordusu bu günlərdə qədim Palmira şəhərini “İslam Dövləti” qrupundan azad edib. Amma şəhərin bir çox yeri xarabalığa çevirilib.
5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.
Rusiya bu müharibədə Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.