Türkiyədə “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara təmsilçisi Erdem Gülün məhkəməsi davam edir.
Aprelin 1-də 14-cü İstanbul Ağır Cəza Məhkəməsində keçirilən ikinci məhkəmə prosesi qapalı olub.
Prosesdə öncə ittihamnamə oxunub, bundan sonra müdafiə tərəfinə söz verilib.
Can Dundar məhkəmədən əvvəl açıqlamasında deyib ki, əslində bu gün onlar suçlanan yox,sual verən tərəf olmalıydılar.
Jurnalistlər casusluqda ittiham olunurlar.
Bu maaddəyə görə Türkiyədə ömürlük həbs cəzası kəsilə bilər.
Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gül qəzetin 2015-ci ilin mayında dərc etdikləri bir materialdan sonra hökuməti devirməyə cəhd ittihamı ilə həbs olunublar.
Amma Konstitusiya məhkəməsi bu günlərdə onları azadlığa buraxıb.
Jurnalistlər həmin materialdaTürkiyə xüsusi xidmət orqanlarının Suriyaya silah göndərdiyini iddia edirlər.