Suriyaya gedənlərin çoxu Avropa ölkələrindəndir

Foto arxiv

Suriyada vuruşmaq istəyənlərin çoxu Avropa Birliyi ölkələrindən gedir.

“İslam Dövləti” qrupuna qoşulmaq istəyənlərin ən çoxu Fransadandır.

Almaniya ikinci, Böyük Britaniya isə üçüncüdür.

Terrorçuluqla mübarizə üzrə Beynəlxalq Araşdırma Mərkəzinin aprelin 1-də açıqladığı hesabatda belə deyilir.

Hesabata görə, Avropa Birliyi ölkələrindən Suriyaya gedən təxminən 4 300 nəfərdən 30 faizi qayıdıb, 14 faizi isə həlak olub.

Onlardan 23 faizi könüllü islamı qəbul edib, ki bunların təxminən 17 faizi qadınlardır.

Hesabatda Suriyadan qayıdan döyüşçülərin Avropa Birliyi ölkələrinə böyük təhlükə olduğu bildirilir.

Məlumata görə Paris və Brüssel hücumlarını məhz bu cür adamlar törədib.