Çelsi"nin hücumçusu Dieqo Kosta cəzalanıb.
İngiltərə Futbol Federasiyasının məlumatına görə, buna səbəb ispaniyalı futbolçunun qeyri-etik hərəkəti olub.
İngiltərə kubokunun 1/4 finalında "Everton"la görüşün sonlarında meydandan qovulan Kosta rəqib azarkeşlərə ədəbsiz jest edib.
Buna görə o bir oyunluq cəzalandırılıb və 20 min funt-sterlinq cərimə olunub.
Cari mövsüm "Çelsi"də 37 oyun keçirən Kosta 15 qol vurub və 6 məhsuldar ötürmə verib.