-
12 gün əvvəl terror hücumuna məruz qalan Brüssel aeroportu artlq açılıb.
Aeroportda üç rəmzi uçuş həhata keçirilib.
Belçika Hava Yollarına aid həmin təyyarələr günorta saatlarında güclənmiş təhlükəsilik tədbirləri altında Avropaya uşuşlar həyata keçirib.
Sərnişinlər terminal binasına daxil olmamışdan dəfələrlə yoxlanılıb.
Hazırkı təhlükəsizlik tədbirlərinə görə, sərnişinlərdən aeroporta uçuşdan 3 saat əvvəl gəlmələri tələb olunur.
Martın 22-də Brüssel aeroportunda və metrostansiyasında baş verən terror nəticəsində 30-dan çox adam ölmüşdü.
Terroru İŞİD üstünə götürmüşdü.
12 gün ərzində aeroportun bağlı qalması Belçika Hava Yollarına 5 milyon avro ziyan vurub.