Tərtərdə 30-dan çox yaşayış evi dağılıb

Tərtərdə ziyan görmüş ev, arxiv fotosu

-

Son günlər cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin zərbələrindən təkcə Tərtər rayonunda mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb. “Report” bu xəbəri Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədova istinadən yayıb.

Başçı bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: "Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir".