ADP sədrinin qardaşı oğlu Füzulidə vəfat edib

Sərdar Cəlaloğlu

-

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov aprelin 3-də cəbhədə atəşkəsin pozulması nəticəsində vəfat edib.

Mərhum silahlı qüvvələrin Füzuli istiqamətində yerləşən hərbi birliklərində zabit kimi qulluq edirmiş.

Bu haqda mərhum zabitin əmisi, vəkil Qurban Məmmədov məlumat verib.

R.Məmmədovun atası Əbdül Məmmədov Qarabağ müharibəsi əlilidir.

Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda cəbhədə 3 Azərbaycan hərbiçisinin həlak olduğunu açıqlamışdı. Bundan əvvəl isə 12 Azərbaycan hərbiçisinin öldüyü deyilirdi.