Cəbhədəki gərginlik təhsili pozur

Sizin brauzer HTML5-i dəstəkləmir

Cəbhədə döyüşlər gərginləşir

-

İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrdə ümumtəhsil müəssisələrində tədris mühiti pozulub.

Bu haqda AZƏRTAC Təhsil Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildiriblər ki, aprelin 2-də Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində Ə.Quliyev adına 1-ci Sarıcalı kənd orta məktəbinə mərmi düşüb. Məktəbdə tələfat olmayıb, amma təhsil müəssisəsinin binasına ciddi zərər dəyib. Məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhliz tamamilə dağılıb. Eləcə də, məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb, pəncərə şüşələri sınıb.

Elə həmin gün, rayonun Ayaq Qərvənd kənd orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində bu binaya zərər dəyib, divarlar zədələnib.