MDB nazirləri Moskvada toplaşacaq

Maria Zakharova

-

Aprelin 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin xarici işlər nazirləri şurasının toplantısı keçiriləcək. Toplantıda MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.

Bu haqda AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya istinadən xəbər verir. Mariya Zaxarova deyib ki, müzakirə olunacaq mühüm məsələlərdən biri birliyin fəaliyyətinin səmərəliliyinin artırılması, müasir şəraitə uyğunlaşdırılmasıdır.

Azərbaycan da MDB-nın üzvidür.