Vaqif Dərgahlı: “Vəziyyət gərgindir”

Sizin brauzer HTML5-i dəstəkləmir

Cəbhədə döyüşlər gərginləşir

-

“Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkələrdə və özlərinə yaxın internet saytlarında yaydığı foto və videolarda əks olunan görüntülərin Azərbaycan ordusu ilə heç bir bağlılığı yoxdur”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycan ordusunun təmas xəttindəki Talış kəndində mülki şəxsləri öldürməsi barədə Ermənistan tərəfdən deyilənləri şərh edərkən bildirib.

V.Dərgahlı APA-ya deyib ki, Azərbaycan mülki əhali ilə mübarizə aparmır.

“Ermənilər bu iddiaları dünya ictimaiyyətini, o cümlədən öz xalqını çaşdırmaq məqsədilə irəli sürürlər. Həm də qoşunların təmas xəttinə yaxın ərazilərdə qarşı tərəfin mülki əhalisi yoxdur. Ermənistanın yaydığı bu məlumat sırf dezinformasiyadır”

Nazirlik sözçüsü silahlı qüvvələrin azad olunmuş strateji yüksəkliklərdə möhkəmlənmə işləri apardığını - istehkam-mühəndis işlərinin həyata keçirildiyini, səngərlər qazıldığını bildirib.

Hazırda Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində vəziyyətin gərgin olduğunu, döyüşlərin getdiyini bildirən V.Dərgahlı Azərbaycan tərəfinin son günlər 15 hərbçi itirdiyini qeyd edib.