"Avro 2024" Skandinaviyada keçirilə bilər

World -- UEFA logo, undated

Futbol üzrə 2024-cü il Avropa çempionatı Skandinaviya ölkələrində keçirilə bilər.

İdman portallarının məlumatına görə,

Danimarka, İsveç, Norveç və Finlandiya "Avro-2024"ə birgə təşkilatçılıq üçün ərizə verməyə hazırlaşır.

Danimarka Futbol Federasiyasının prezidenti Yesper Moeller məlumatı təsdiqləyib.

O bildirib ki, bu təsdiqlənsə İslandiya və Farer adalarında da bəzi oyunlar keçiriləcək.

Qeyd edək ki, "Avro-2020"nin oyunları qitənin 13 şəhərində keçiriləcək ki, bunların sırasında Bakı da var.