Minsk qrupu toplaşır

-

Aprelin 5-də ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada toplaşır. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Aprelin 4-də ABŞ-ın Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov telefonla danışıblar. Tərəflər regionda toqquşmaların bərpasından narahatlıq bildiriblər.

Aprelin 2-dən cəbhə xəttində toqquşmalar başlanıb. Ermənistan 20, Azərbaycan 15 hərbçisini itirib, yaralılar var.