Albert Camus'un "İnsan böhranı" mühazirəsindən 70 il ötür

Albert Camus

-

Nyu York yazıçı, filosof Albert Camus-un (Kamyu) bu şəhərə səfər etməsinin 70 illiyini təntənəli şəkildə qeyd edir. Bu münasibətlə festival keçirilir.

Bu festivalın bir tədbiri də Kamyuya bənzəyən aktyor Viggo Mortensen-in 70 il əvvəl 28 mart, 1946-cı ildə A.Kamyunun "The Human Crisis" (İnsan böhranı) mühazirəsini oxuduğu yerdə - Miller Teatrında həmin mühazirəni ifa etməsidir.

Mühazirənin videosu ingilis dilindədir. Bu mətn (fransız dilindədir) həm bədii, həm fəlsəfi, həm də siyasi cəhətdən ali mətn hesab olunur.