Hüseyn Cavid: Saparaq başqası eylərsə xəyanət, yenə mədəniyyət

Hüseyn Cavid

-

Hüseyn Cavidin "İblis" dramından bir fraqment

K i ç i k z a b i t:

Lakin saparaq başqası eylərsə xəyanət,

Seyr eyləyərək həp baxa dursunmu şu millət?

V a s i f:

Türk ordusu daim basaraq ölkələr almış

ən sonda siyasətdə basılmış da bunalmış

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq

(ani bir düşüncədən sonra kəskin və şiddətli)

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

"Topal Teymur" dramından bir fraqment

O l q a. Allah eşqinə, şu əskər nərəyə gidiyor? Bu hazırlıqlar niçindir əcəba?

Or x a n. Yeni bir müharibə varmış.

O l q a. Ah, müharibə, daima müharibə!.. Əcəba nərəyə, kiminlə?

Or x a n. Onu yalnız Qızıl Qaplan bilir.

Əvət, Əmir Teymurun planını bizim kibi küçük yaradılmışlar biləməzlər.

O l q a. Halbuki onun yüzündə hiç bir şiddət və həyəcan izi yoq... Hər zamanki vüqar və ciddiyyəti, hər zamankı halı üstündə.

Or x a n. Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər.

O l q a. Orxan! Sən dəmi gedəcəksin?

Or x a n. Əlbəttə, hiç onsuz olurmu? Biz türkər çadır altında doğar, açıq səhralarda qanlı müharibələr edər, ölürüz.

O l q a. Rica edərim, yetər, şu müharibədə ölümdən çok söyləmə!

Or x a n. Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Bəncə, mübarizəsiz bir ömür, ömür deyil…