Həmsədrlər gəlir

Prezident İlham Əliyev Minsk qrupu həmsədrləri ilə görüşür (arxiv fotosu)

-

Aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır. “Amerikanın səsi” xəbər verir ki, Minsk qrupunun amerikalı həmsədri James Warlick "Twitter" səhifəsində bu barədə yazıb.

"Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm", Warlick qeyd edir.

Dünən (aprelin 5-də-red.) Vyanada ATƏT-in Minsk Qrupunun geniş formatda yığıncağı keçirilib. İclasda Minsk Qrupunun həmsədri James Warlick-in hesabatı dinlənilib.

Həmsədrlər Bakı, Xankəndi və İrəvanda görüşlər keçirməyi, Dağlıq Qarabağda qarşıdurmanın dayandırılmasına dair tədbirləri və danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etməyi planlaşdırırlar.