AI edamların artmasından narahatdır

Amnesty International

-

Dünyada təsdiqlənmiş edamların sayı ötən il son 20 ildə ən yüksək səviyyə çatıb. Əsas səbəb isə İran, Pakistan və Səudiyyə Ərəbistanında ölüm cəzasının getdikcə daha çox kəsilməsidir. Bunu «Amnesty International» hüquq-müdafiə təşkilatı bildirir.

Aprelin 6-da yaydığı hesabatda qurum bildirib ki, ötən il dünyada, azı, 1634 edam qeydə alınıb. Bu, bir il öncəkindən 50 faiz çoxdur.

Ölüm cəzalarının böyük əksəriyyəti İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilib.