-
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri – James Warlick (ABŞ), Igor Popov (Rusiya) və Pierre Andrieu (Fransa) Bakıya gəlib.
«Report»un xəbərinə görə, həmsədrlərlə birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də Bakıdadır.
Bu gün vasitəçilərin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və son günlərdə təmas xəttində vəziyyətin gərginləşməsinin müzakirə ediləcəyi gözlənilir.
Aprelin 9-da həmsədrlərin Yerevana gedəcəyi bildirilir.
Aprelin 2-dən təmas xətti boyunca güclü atışma gedirdi. Hər iki tərəfdən ciddi itkilər olub. Yaralananlar var.
Aprelin 5-i saat 12-dən tərəflər əməliyyatların dayandırılması haqqında razılıq əldə ediblər.