Savchenko quru aclığa başlayır

Nadia Savchenko

-

Rusiyada 22 illik cəzaya məhkum edilmiş ukraynalı pilot Nadia Savchenko quru aclığa başlayıb, su və ərzaq qəbulundan imtina edib.

Vəkili Mark Feigin aprelin 6-da bildirib ki, pilot “dərhal Ukraynaya qaytarılmasını tələb edir”.

34 yaşlı Savchenko-ya martın 22-də cəza kəsilib. O, Ukraynanın şərqində iki rusiyalı jurnalistin öldürülməsində əli olmaqda, onların yerini göstərməkdə təqsirli bilinib.

Hökmdən apellyasiya şikayəti verilməyib, Savchenko deyib ki, bu məhkəmə istintaqını qəbul etmir.