Banklardakı əmanətlər azalır

-

2015-ci ildə baş verən iki devalvasiyadan sonra ölkə banklarına yerləşdirilən əmanətlərin 2 milyard 307 milyon manatı çıxarılıb. Bu haqda “Marja” xəbər verir.

Xəbərdə 2015-ci ilin yanvarından etibarən banklardakı əmanətlərin həcmində azalmanın müşahidə olunduğu bildirilir.

Təkcə ötən ilin yanvarında əmanətlər 67 milyon manat azalaraq 7 milyard 121 milyon manata düşüb. 2015-ci ilin dekabrında baş vermiş devalvasiyadan sonra yeni məzənnə ilə qiymətləndirilən bank əmanətlərinin ümumi məbləği 9 milyard 474 milyon manata çatıb. Ancaq 2016-cı ilin yanvar-fevral aylarında əmanətlər 1 milyard 396 milyon manat azalıb. Martın əvvəllərinə olan statistikaya görə, banklardakı əmanətlərin məbləği 8 milyard 77 milyon manat təşkil edir.

Ekspertlər bankların qapadılması ajiotajı fonunda əmanətlərinin getdikcə azalacağını təxmin edirlər.