Kolbasa sexində şübhəli ət

İllüstrasiya

-

Masazırdakı “Quşçuluq” yaşayış massivinin yaxınlığında yerləşən kolbasa sexində 1 ton mənşəyi bilinməyən qida üçün yararlığı şübhəli ət aşkar edilib.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytı xəbər verir.

Xidmət bildirir ki, aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə, sağlamlığına dair heç bir baytarlıq sənədləri olmayıb. Onların qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək üçün nümunələr uyğun laboratoriyalara göndərilib.

Xidmət müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcəyini bildirir.

Sexin rəhbərliyinin isə bu iddialarla bağlı, hələlik, açıqlaması bəlli deyil.