İranla ticarət dövriyyəsi 30 faiz artıb

-

Azərbaycanla İran arasında bu il ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpurla görüşündə deyib.

Nazir bildirib ki, hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür.

“Nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi iki ölkə arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək” - deyə nazir bildirib.

İ. Rəhimpursa ölkəsinin Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycanda səfərdədir.