-
“Azərbaycan-Ermənistan təmas xəttində yaşanan hadisələr ölkəmizə gələn turistlərin sayına təsir göstərməyib”.
Bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib.
Trend-in xəbərinə görə, nazir ölkədə turizm sahəsində içlərin davamlı və stabil davam etdirildiyini bildirib.
“Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik yoxdur. Hesab edirəm ki, Ermənistan tərəfindən bu həyəcanı yaratmaq niyyətləri məhz Azərbaycanın normal iqtisadi fəaliyyətini pozmaq məqsədi güdür. Ölkəmiz turistlər üçün ən təhlükəsiz, ən qonaqpərvər, iqtisadi baxımından rəqabətə davamlı ölkəidir. Heç bir addım Azərbaycanı turizmin inkişafından yayındıra bilməz” - deyə nazir bildirib.
Aprelin 7-də Bakıda 15-ci Beynəlxalq Turizm Sərgisinin açılışı olub.