“Erməni tərəfdə azərbaycanlı hərbi əsir yoxdur”.
Bunu aprelin 7-də AzadlıqRadiosunun erməni xidmətinə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsi David Babayan deyib.
O qeyd edib ki, belə olsaydı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərdik və bu barədə mətbuata məlumat verilərdi.
O həmçinin onların nəzarətində olan ərazilərdə cəsədlər olduğunu və onları Azərbaycan tərəfə verməyə hazır olduqlarını deyib.
Ermənistan tərəfinin məlumatına görə 4 günlük hərbi əməliyyatlarda 28 əsgər itiriblər.
Amma Babayan deyib ki, bu rəqəm hər an dəyişir və hazırda itkilər araşdırılır.