Şəxsi həyata müdaxiləyə görə 10 il

Foto arxiv

Gürcüstanda vətəndaşların şəxsi həyatı barədə məlumat yayanları indən belə 10 ilədək həbs gözləyir.

Azadllq Radiosunun müxbiri Georgi Kobaladzenin məlumatına görə, parlamentin hüquq komitəsi aprelin 7-də belə bir qənun layihəsi qəbul edib.

Qanun layihəsini parlamentdəki insan haqları komitəsi hazırlayıb. Sənəddə ölkənin cinayət məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Komitənin sədr müavini Gedevan Popkhadze bildirib ki, şəxsi həyat və ailə sirri çox böyük bir dəyər olduğundan qanunla müdafiə olunmalıdır.

Son vaxtlar Gürcüstanda tanınmış siyasətçilər və şəxslərin həyatı barədə sosial şəbəkələrdə yayılan məlumat və videolar artıq bir neçə həftədir ki, ölkədə böyük qalmaqala səbəb olub.