-
Aprelin 7-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Moskvaya gedir.
Nazirliyin saytı xəbər verir ki, E. Məmmədyarov Moskvada keçiriləcək MDB-ə üzv dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Rusiyaya gedir.
İclasda MDB çərçivəsində xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.