AB-i ABŞ-a viza rejimi tətbiq edə bilər

Avropa Birliyi ABŞ və Kanada vətəndaşlarına qarşı viza rejimi tətbiq edilməsinin mümkünlüyünə baxır.

Bu addım ABŞ-la Avropa Birliyi arasındakı münasibətləri korlaya bilər.

Çünki Brüssel hazırda Vaşinqtonla ticarət razılaşması ilə bağlı danışıqlar aparır.

Vaşinqtonla Ottava 2007-ci ildə Avropa Birliyinə daxil olan Rmunya və Bolqarıstan vətəndaşlarından viza tələb edir.

ABŞ həmçinin Polşa, Xorvatiya və Kipr vətəndaşlarından viza tələb edir.

Adı çəkilməyən Avropa Birliyi rəsmisi deyib ki, belə bir vacib məsələni siyasi dialoq yolu ilə həll etmək lazımdır,əks halda Avropa Birliyi ABŞ və Kanada vətəndaşlarına qarşı viza rejimi tətbiq etməli olacaq.