Rogozin-in növbəti Bakı səfəri

Dmitry Rogozin

-

Rusiya baş nazirinin müavini Dmitry Rogozin Bakıya aprelin 8-də səfər edəcək.
«Report»un xəbərinə görə, bu barədə o öz Twitter mikrobloqunda yazıb:

«Bakıya gecə uçuşundan əvvəl həndbola getdim və orada MDU yığması üzrə məşqçim Stepanov Aleksandr Yuryevich-lə rastlaşdım»,-deyə Rogozin yazıb.

D.Rogozin bu il martın əvvəlində də Bakıya gəlmişdi. Aprelin 8-də Rusiya baş naziri Dmitry Medvedev-in Azərbaycana səfəri gözlənilir. O, Azərbaycana Ermənistandan gəlməlidir.