ABŞ dövlət katibindən İrana çağırış

John Kerry

-

ABŞ dövlət katibi John Kerry İranı Yəmən və Suriyadakı müharibələrə son qoymaq üçün öz nüfuzundan istifadə etməyə çağırıb.

Bəhreyndə keçirdiyi mətbuat konfransında Kerry bildirib ki, ABŞ donanması ötən həftə İranın Yəməndəki huti üsyançılara göndərdiyi bildirilən silah partiyasını ələ keçirib.

«İran hutilərə silah göndərməkdənsə, səylərini döyüşlərin dayandırılması və sülhün əldə olunması istiqamətinə sərf etsin», -- deyə Kerry Tehrana çağırış edib.

Vaşinqton və Tehran İranın nüvə fəaliyyəti ilə bağlı razılığa gəlsələr də, İranın yeni raket sınaqları keçirməsindən sonra ABŞ bu ölkəyə təkrar sanksiyalar qoyub.

Aprelin 7-də Kerry ilk dəfə bəyan edib ki, ABŞ raket sınaqları ilə bağlı problemin həlli üçün İranla yeni razılaşma əldə etməyə hazırdır.