Medvedev Bakıdadır

Dmitry Medvedev

-

Aprelin 8-də Rusiyanın baş naziri Dmitry Medvedev Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

D.Medvedev-i Rusiya baş nazirinin müavini Dmitry Rogozin və digər rəsmi şəxslər müşayiət edirlər. O, bir gün əvvəl isə Ermənistana səfər etmişdi.

Aprelin 6-sı və 7-də isə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıda olmuşdu. O, həm prezident İlham Əliyevlə görüşmüş, həm də Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçlü görüşünə qatılmışdı.