-
“Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız regionda siyasi nizamlanmaya nail olduqdan sonra mümkün ola bilər.”
Turan-ın xəbərinə görə, bunu Rusyianın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Onun sözlərinə görə, Vyanada Yüksək Səviyyəli Planlaşdırma qrupu fəaliyyət göstərir. Orada hərbi ekspertlər çalışır, gələcək sülhyaratma əməliyyatlarının mümkün parametrlərini hazırlayırlar.
Aleksandr Lukaşeviç Oqeyd edib ki, bunun necə, hansı formatda olacağı müzakirə olunmalıdır:
“Əgər iş bu yerə çatarsa bu, ATƏT-in özündə tarixi təcrübə olacaq. Çünki təşkilat heç zaman sülhyaratma əməliyyatı keçirməyib. Halbuki, bu fəaliyyət növü üçün onun mandatı var.”-deyə Aleksandr Lukaşeviç qeyd edib.
Rusiya xarici İşlər naziri Sergey lavrov aprelin 6-da Bakıda prezident İlham Əliyevlə görüşündə yeni təkliflərdən danışmışdı.
Onda bəzi ekspertlər ehtimal edirdilər ki, söhbət işğal altında olan bəzi rayonların geri qaytarılması əvəzində, regiona sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının yeridilməsindən gedə bilər.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin: