MDB-nin xərcləri azaldılıb

-

MDB Xarici İşlər Nazirləri Şurası birliyin əksər xərclərinin azaldılması haqqında qərar qəbul edib. Bunu MDB-nin icra katibi Sergey Lebedev MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 8-də keçirilən toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

Repor-tun xəbərinə görə, icra katibi deyib ki, bu qərar mövcud iqtisadi durum nəzərə alınaraq qəbul edilib.

Sergey Lebedev həmçinin, MDB-nin üzvü olan bütün ölkələrin birliyin qorunmasına tərəfdar olduğunu deyib.

MDB Xarici İşlər Nazirləri Şurasının son toplantısına Moldova və Ukraynanın xarici işlər nazirləri qatılmayıblar.

Ancaq həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri toplantıya qatılıblar. MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında Dağlıq Qarabağla bağlı bəyanat da qəbul edilib. Bəyanatda atəşkəs haqda razılığın əldə edilməsi alqışlanıb və münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə edilib.