-
Baş prokuror Zakir Qaralov aprelin 15-də Mingəçevir, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonları sakinlərini qəbul edəcək . Bu haqda prokurorluğun mətbuat xidməti məlumat verir.
Məlumata görə, qəbul Ucar rayon prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorlarının üzərinə düşür .
Mətbuat xidməti qəbulda prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərə baxılacağını bildirir.