-
Şəkidə faciəli hadisə baş verib. 25 və 24 yaşında iki gəncin dəm qazından boğulub öldükləri deyilir.
APA-nın xəbərinə görə, aprelin 8-də Şəki polisinə Mahmud Əliyev küçəsindəki fərdi yaşayış evlərinin birində iki meyitin aşkar edilməsi haqda məlumat daxil olub. Hadisə yerinə hüquq-mühafizə əməkdaşları və Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası gəlib.
Müayinə zamanı hər iki şəxsin vanna otağında dəm qazından boğularaq öldükləri müəyyən edilib. Araşdırma zamanı boğulanların Xətai rayon sakini, 24 yaşlı Xudafər Abışov və Oğuz rayonunun Xaçmaz kənd sakini, 25 yaşlı Gülşən Ağayeva olduğu müəyyən edilib. Onlar evi kirayəyə götürüblərmiş.
Faktı Şəki prokurorluğu araşdırır.
Azərbaycanda dəm qazından ölüm halları tez-tez təkrarlanır. Mətbuatın yazdığına görə, təkcə mart ayında Azərbaycanda 20-yə yaxın şəxs dəm qazından boğulub ölüb.