Metroda silahlı insident

Tapança

-

Moskvada metroda silahdan istifadə edən bir şəxs saxlanılıb. O, travmatik silahdan atəş açıb. Olay nəticəsində bir adam yaralanıb.

Polis bildirir ki, aprelin 8-də axşam metroda qatarda gedərkən iki sərnişin arasında mübahisə düşüb və biri digərini silahla yaralayıb. Ona iki dəfə atəş açıb.

Yaralanan şəxs xəstəxanaya çatdırılıb və onun həyatına təhlükə yoxdur.