-
Serbiya Xorvatiyanı onların AB üzvlüyü yolunda maneə yaratmaqda ittiham edib.
Serbiyanın baş naziri Aleksandar Vucic deyib ki, onun hökuməti Xorvatiyaya Serbiyanın Avropa yolunda maneə olmağa imkan verməyəcək.
Aprelin 8-də Xorvatiya rəsmiləri Brüsseldə Serbiya ilə yeni siyasi mərhələ ilə bağlı danışıqların başlanmasını rədd edib.
«Serbiya icazə verməyəcək ki, kimsə onları şantaj, təhqir etsin və ya aşağılasın», - A.Vucic bəyan edib.
Xorvatiya istəyir ki, Serbiya 1990-cı illər Balkan müharibəsində cinayətlərin təhqiqatı ilə bağlı qanunvericiliyinə dəyişiklik etsin.