Doha görüşündə hasilat dondurula bilər ?

Aleksandr Novak

Rusiyanın energetika naziri Alexandr Novak deyib ki, onlar neft hasilatını yanvar ayındakı səviyyədə (gündəlik 10.9 milyon barrel) dondura bilərlər.

Amma o qeyd edib ki, aprelin 17-də OPEC və OPEC-ə daxil olan ölkələrin Doha görüşündə hasilatın müxtəlif səviyyədə dondurulması təklif edilə bilər.

Nazir deyir ki, hələlik hasilatın yanvar səviyyəsində dondurulması ilə bağlı fikir var, amma hasilat fevral ya mart səviyyəsində də dondurula bilər.

Novak ümid edir ki, Doha görüşündə neft hasilatının dondurulması ilə bağlı razılıq əldə ediləcək.

Hərçənd İran hasilatı artıracağını deyir.

Rusiya, Səudiyyə Ərəbistanı, Qatar və Venesuela fevralda neftin qiymətinin aşağı olacağı halda hasilatı dondurmaq razılığına gəliblər.

Latın Amerikasında əsas neft ixracaatçıları neftin qiymətində stabillik yaranmasına çalışırlar.

Novak deyib ki,neftin qiymətinin 30 dollardan aşağı olması maya dəyərini ödəmir və yeni layihələrə investisiya qoyulmasını əngəlləyir.

Onun sözlərinə görə, bu, bütün neft ixracaatçıları üçün eyni problemdir.

Aprelin 8-də Brent markalı neftin qiyməti London birjasında 6,6 faiz qalxaraq, 41,94 dollar olub.