ABŞ Dövlət katibi John Kerry-nin Əfqanıstan paytaxtını tərk edən kimi Kabulun diplomatik ərazisində iki partlayış baş verib. Kerry aprelin 9-da Əfqanıstana gözlənilməz səfər etmiş və Talibanla sulh danışıqlarına çağırmışdı.
Kabul polisi deyib ki, raket qız məktəbinin yanına düşüb. Partlayışdan xəsarət alan yoxdur.
Partlayış zamanı silah səsləri də eşidilib.
Olayla bağlı məsuliyyəti hələ ki, heç bir qrup üzərinə götürməyib. Ancaq Taliban qiyamçıları əvvəllər şəhərdə rəsmiləri və xariciləri hədəfə alıb.
Kerry Əfqanıstan prezidenti Ashraf Ghani ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, onlar Talibanı zorakılığa son verib sülh danışıqlarına başlamağa çağırırlar.
Taliban nə qədər ki, ölkədə xarici hərvi qüvvələr var, sülh danışıqlarına getməyəcəyini bəyan edir.
ABŞ-ın 10 minə yaxın hərbçisi hələ də Əfqanıstandadır.