Hindistanın Keral ştatında yerləşən məbəddə çıxan yanğında 100-dən çox adam ölüb, 300-ə yaxın adam yaralanıb.
BBC xəbər verir ki, polis yanğının hind festivalı üçün istifadə ediləcək pirotexnikadan(atəşbazlıq sənəti) baş verdiyini güman edir. Yanğın nəticəsində məbəd alışıb.
Yaralılar xəstəxanaya çatdırılsa da, onların çoxu ağır vəziyyətdədir.
Hindistan mediası xəbər verir ki, yerli hakimiyyət məbəddə şou keçirilməsinə təhlükəsizlik səbəbindən icazə verməyib.
Ştatda matəm elan edilib.
Hindistanda pirotexnikadan istifadə zamanı insidentlərin baş verməsi birinci dəfə deyil.