Gənc siçan dərmanı içib?

Foto arxiv

Bakıda gənc oğlan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xəbərinə görə, Arif İsmayılov küçəsində yaşayan 27 yaşlı Amil Zülfüqarov yaşadığı ünvanda siçan dərmanı içərək zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

A. Zülfüqarovun hansı şəraitdə və hansı məqsədlə siçan dərmanı içdiyi araşdırılır.
Bu gün həmçinin,Ağcəbədi rayonu Hindarx qəsəbə sakini Ziyaməddin Həsənovun isə özünü yandırması ilə bağlı xəbər yayılmışdı.