Nazarbaev Tehrana gedir

Nursultan Nazarbaev (arxiv fotosu)

-

Qazaxıstan Prezidenti Nursultan Nazarbaev aprelin 11-də Tehrana gedir. O, iranlı həmkarı Hassan Rohani ilə danışıqlar aparacaq.

Tərəflərin ticarət, investisiya, kənd təsərrüfatı və nəqliyyat sektorlarında əməkdaşlığın gücləndirilməsi yolların müzakirə edəcəkləri gözlənir.

Səfər zamanı 40-dan artıq əməkdaşlıq razılaşması və memorandumu imzalanacaq.

Ötən il Qazaxıstanla İranın ticarət dövriyyəsi 635 milyon dollar olub.

Nazarbaev aprelin 13-14-də Türkiyəyə də gedəcək. O, Prezident Recep Tayyip Erdogan-la görüşəcək, İslam Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.

Qazaxıstan prezidentinin aprelin 15-də Özbəkistana səfər edəcəyi, özbək həmkarı Islam Karimov-la görüşəcəyi bildirilir.