Pələnglərin sayı artır

İllüstrativ foto

-

Son bir əsrdə Rusiyadan tutmuş Hindistana qədər vəhşi pələnglərin sayı artıb. Bunu ümumdünya təbiəti mühafizə qruplarının hesablamaları üzə çıxarıb.

WWF aprelin 10-da yaydığı bəyanatda bildirib ki, qruplar və milli hökumətlərin 2014-cü ildə açıqladığı rəqəmlər hazırda dünyada 3 min 890 pələngin olduğunu üzə çıxarıb. Onlardan 433-ü Sibirdədir.

2010-cu ildə hesablama pələnglərin rekord səviyyədə azaldığını – 3 min 200-ə bərabərləşdiyini ortaya qoymuşdu.

Aprelin 11-də 13 ölkə nazirləri Nyu Dehlidə toplaşır. Onlar pələnglərin 2010-cu ildəki sayının 2022-ci ilədək iki dəfə artırılması məsələsini müzakirə edəcəklər.