Bakıda daha bir intihar xəbəri yayıldı

Polis

-

Bakıda daha bir intihar xəbəri yayılıb.

APA-nın xəbərinə görə, naməlum qadın Süleyman Tağızadə küçəsi, 39/11 ünvanında yerləşən binadan yerə düşüb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Qadının intihar etdiyi güman edilir.

Bu gün Bakının Suraxanı rayonunda daha 2 intihar halının baş verdiyi bildirilirdi. Balaxanı qəsəbə sakini, 19 yaşlı Orxan Muxtarov və Ramana qəsəbə sakini, 30 yaşlı Həsən Bünyatovun yaşadıqları ünvanlarda asılmış meyitləri aşkarlanmışdı.

Ötən gün axşam saatlarında isə Salyan rayonunun Yenikənd kəndində 52 yaşlı Fizuli Vəliyevin yaşadığı evin həyətindəki emalatxanada asılmış meyiti tapılıb. Ölümün səbəbi açıqlanmır.

Mətbuat ölkədə son illər intihar hallarının artdığını yazır.

Jurnalist araşdırmalarına görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.