Futzal yığmalarının yeni reytinqi

Foto arxiv

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Azərbaycan millisi əvvəlki mövqeini qoruyub.

Komanda əvvəlki kimi 10-cu pillədədir.

Azərbaycan millisinin dünya çempionatının pley-off mərhələsindəki rəqibi Hollandiya isə 26-cıdır.

Siyahıya yenə də Braziliya yığması başçılıq edir. İspaniya ikinci, Rusiya isə üçüncüdür.