-
Fevralın sonunda Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində (MKRX) 2 milyon 555 min 645 borcalan haqqında məlumat olub.
Bu, son 1 il üzrə borcalanların sayının 8 faiz artması deməkdir.
Fins.az Mərkəzi Bankın bilgilərinə istinadən xəbər verir ki, borcalanlar arasında hüquqi şəxslərin sayı 4 faiz artaraq 11 339-ə çatıb.
Borcalan fiziki şəxslərin sayısa 8 faiz artıb. Onların sayı 2 milyon 520 min 172 nəfərdir. Sahibkarlıq subyektlərinin sayında isə 14 faiz artım olub.
Son 1 ildə zaminlərin sayı da artıb. Artım 12 faiz təşkil edib. Hazırda MKRX-də 1 milyon 216 min 844 zamin haqqında məlumat var. Verilmiş kreditlər haqqında məlumatların sayı isə 10 milyon 854 min 781-dir. Bu, 1 il əvvələ nisbətən 16 faiz çoxdur.