-
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib.
Bu haqda nazirliyin saytı xəbər verir.
Nümayəndə heyəti aprelin 12-i və 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək. Zirvə toplantısında "Ədalət və sülh naminə birlik və həmrəylik" mövzusu müzakirə ediləcək.
Nazirin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.