Yol qəzası: 1 ölü, 6 yaralı

Arxiv fotosu

-

Aprelin 11-də Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada bir nəfər ölüb, altı nəfər yaralanıb.

“APA” informasiya agentliyinin xəbərinə görə, “Ford” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. “Opel”in sürücüsü Göygöl rayon sakini, 37 yaşlı Ceyhun Əhəd oğlu Əliyev ağır bədən xəsarət alıb. O, xəstəxanaya aparılanda yolda dünyadan köçüb.

“Ford”-un sürücüsü Mahir İmanquliyev, qızları və digər sərnişinlər xəsarət alıblar. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.