Ukraynada atəşkəs pozuntusundan narahatdır

Ukrayna, arxiv fotosu

-

Fransa Ukraynanın şərqində atəşkəs pozuntularının artmasından narahatlığını bildirib. Hökumət qüvvələri ilə rusiyapərəst separatçılar bir müddətdir atəşkəs elan etsələr də, bu, mütəmadi pozulur.

Bir neçə gün öncə ATƏT bildirmişdi ki, atəşkəsi müşahidə edən əməkdaşlarına bu həftə ikinci dəfə atəş açılıb.

Fransa Xarici İşlər Nazirliyi aprelin 11-də yaydığı bəyanatda bildirib ki, durum ancaq Minsk razılaşmasının tam tətbiqi ilə sabitləşə bilər.

2014-cü ilin aprelindən Ukraynanın şərqində 9 min 100-dən artıq insan həlak olub.