-
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.
APA xəbər verir ki, Fəxriyar Cabbarov Palatanın İdarə Heyətinə üzv olub. O, hüquq məsələlərə kuratorluq edəcək.
Bundan öncə F.Cabbarov «Synergy Group» ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.
Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.