Renzi Rohani ilə görüşüb

Hassan Rohani və Matteo Renzi

Aprelin 12-də Tehranda İtaliyanın baş naziri Matteo Renzi və İran prezidenti Hassan Rohani arasında görüş olub.

Rohani İrana qarşı sanksiyaların ləğvinin təkcə onun üçün yox, bütün region və bütün Avropa üçün vacib addım olduğunu vurğulayıb.

O bildirib ki, fikir ayrılıqlarına baxmayaraq İranla İtaliya arasında həmişə əməkdaşlıq olub.

Rohani həmçinin qeyd edib ki, dünyanın hər yerində islamla terrorçuluq və zorakılığı səhv salan insanlar var, ki, bu böyük bir səhvdir.

Rohani bildirib ki, O Rezni ilə terrorçuluqla mübarizə, humanitar problemlər, xüsusilə də Suriya və Yəmənin bu gün üzləşdikləri humanitar yardım məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, İrana qarşı sanksiyaların ləğvindən sonra Roma ilə Tehran arasında bir sıra çoxmilyardlıq müqavilələr imzalanıb.

Bu İran prezidentinin bundan əvvəl İtaliyaya səfəri zamanı baş tutub.